Ölkə

Azərbaycan ilə Xorvatiya strateji tərəfdaşdır - Əlaqələrin genişlənməsini zəruri edən bir sıra amillər var - VİDEO

Metbuat.az

Azərbaycanın beynəlxalq nüfuzunun artmasında, mövqelərinin güclənməsində digər dövlətlərlə ikitərəfli əlaqələrin qurulması müstəsna əhəmiyyətə malikdir. Bu konteksdə Xorvatiya ilə münasibətlərin isə xüsusi çəkisi var. Çünki bu ölkə ilə Azərbaycanın bir çox ortaq xüsusiyyətləri və birləşdirici məqamlarlar var ki, olduqca böyük əməkdaşlıq prespektivləri açır.

Xarici siyasətində ikitərəfli əlaqlərə xüsusi diqqət yetirən Azərbaycan üçün Xorvatiya mühüm tərəfdaş ölkədir. Hər iki ölkənin bir-birinin əhəmiyyətini düzgün qiymətləndirməsi və qarşılıqlı bərabərhüquqlu əməkdaşlıqda maraqlı olması əlaqlələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb.

Xorvatiya Azərbaycan kimi beynəlxalq nəqliyyat dəhlizləri layihələrinin gerçəkləşdirilməsində ciddi uğurlara imza atıb. Ölkə ərazisindən Qərbi və Şərqi Avropa bölgəsini Asiya və Aralıq dənizi hövzəsi ilə birləşdirən 3 panavropa nəqliyyat dəhlizi keçir. Azərbaycan isə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizini yaratmağa nail olub. Odur ki, iki ölkənin təcrübə mübadiləsi ücün böyük imkanları var.

Əməkdaşlığı zəruri edən digər bir məqam isə ölkələrin ixrac və idxaldakı oxşarlıqlarıdır. Hazırda sənaye malları Xorvatiyanın idxalının 97%-ni təşkil edir. Buna görə də sənayenin inkşafı üçün Xorvatiya bir sıra proqramlar icra edir. Belə proqramlar Azərbaycanın da yeni iqtisadi siyasət kursunun əsas istiqamətlərindəndir.

Sənayenin inkişafı Xorvatiyanın enerji resurslarına, neft və təbii qaza olan tələbatını da artırır. Məhdud enerji resurslarına malik Xorvatiya bununla da Azərbaycanın Avropa bazarında ən ciddi tərəfdaşlarından birinə çevriləcək. İki ölkə arasında olan yüksək səviyyəli münasibət, qarşılıqlı etimad və Azərbaycanın təbii qazının Avropa bazarına çatması vaxtı bu əməkdaşlığı labüd edir.

Əməkdaşlığın uğurlu alınmasının başlıca səbəblərindən biri də hər iki tərəfin potensialın fərqində olması və bunun reallaşdırılması üçün ortaq iradənin mövcudluğudur.

Əməkdaşlıq imkanlarının geniş olduğu digər bir sahə isə kənd təssərrüfatıdır. Xorvatiya həm də kənd təsərrüfatı ölkəsidir. Bu sahədən əldə olunan qazanc ölkə ÜDM-nin 21 faizini təşkil edir. Azərbaycanda da kənd təssərrüfatında ixrac imkanlarının genişləndirilməsi iqtisadi prioritetlərdən biridir. Buna görə də Xorvatiya təcrübəsinin öyrənilməsi mühümdür. İki ölkənin Kənd Təssərrüfatı nazirlikləri arasında sənədin imzalanması, habelə digər sazişlər bir daha onu göstərir ki, Azərbaycan bütün sahələr üzrə öz tərəfdaşlarını ciddi araşdırmalar və təhlillər nəticəsində seçir.

Siyasi əməkdaşlığa isə həm də NATO və Avropa İttifaqı kontekstində baxmaq lazımdır. Xorvatiya Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına dəstək verən ölkələrdən biri kimi ölkəmizlə bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi təşəbbüsü ilə çıxış edir. Bu ölkə Azərbaycanın təkcə Cənubi Qafqaz regionu üçün deyil, daha geniş, subregional bir formatda mühüm strateji mövqeyə malik olduğunu başa düşür və düzgün qiymətləndirir. Bu cür dost ölkələrin həm NATO, həm də Avropa İttifaqında təmsil olunması Azərbaycanın həmin qurumlarla daha səmərəli və bərabərhüquqlu əməkdaşlıq etməsində mühüm rol oynayır.

Milli.Az