Ölkə

Azərbaycan Ağsaqqallar Şurası xeyriyyə aksiyası keçirdi - FOTO

Metbuat.az

Sentyabrın 8-də Azərbaycan Ağsaqqallar Şurası “Bizə uzanan əllər…” layihəsi çərçivəsində imkansız ailələrin uşaqları üçün xeyriyyə aksiyası keçirib.

Publika.az xəbər verir ki, aaksiyada 9 imkansız ailədən olan 13 uşağa müxtəlif hədiyyələr verilib, onlar üçün musiqi proqramı təşkil edilib.

Tədbirdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının məclis üzvü Mayıl Əliyev xeyriyyə tədbirinin əhəmiyyətindən danışıb, layihənin 2006-cı ildən keçirildiyini və artıq ənənənə halını aldığını deyib.

Ağsaqqallar Şurasının mətbuat xidmətinin əməkdaşı Şərafət Şəfa bildirib ki, on ildən çox davam edən bu ənənəvi aksiya aztəminatlı, yaxud valideyn himayəsindən məhrum olan ailələrin uşaqları üçün təşkil olunur, onlar üçün musiqi, əyləncə proqramı keçirilir.

Tədbir konsert proqramı ilə davam edib.