Dünya

Azərbaycan AEBA-nın İdarə Heyəti Şurasının üzvü seçilib

Metbuat.az

Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Heyəti Şurasının üzvü seçilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə TASS-a Agentlikdən İHŞ-ın birgünlük iclasının yekunları üzrə deyiblər.

"AEBA-nın İdarə Heyəti Şurasına 2018-2020-ci illər üçün 35 üzvdən 11 yeni ölkə seçilib. Onlar Azərbaycan, Braziliya, Ekvador, Misir, İtaliya, Mərakeş, Niger, İsveç, Pakistan, Tailand və Uruqvaydır", - deyə Agentliyin məlumatında bildirilir.

Milli.Az