Dünya

Avto-qəza yerindən çəkiliş edib paylaşanlar

Metbuat.az

Əbu-Dabi polisi yol qəzalarının görüntülərini çəkərək video və fotoşəkilləri sosial şəbəkələrdə paylaşanların 500 min dirhəmədək (təxm. 137 min ABŞ dolları) cərimələnəcəyi haqda xəbərdarlıq edib.

Metbuat.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda “Gulf News” portalı xəbər yayıb. Birləşmiş Ərəb Əmirliklərinin asayiş keşikçiləri bildirirlər ki, bu "mənfi sosial olay" növbəti faciələrə səbəb ola bilər. Çünki qəzanı çəkənlərin, ona tamaşa edənlərin və nəqliyyat vasitələrinin qəza yerinə toplanması səbəbi ilə təcili yardım ambulansları vaxtında yaralanmış insanlara köməyə yetə bilmirlər.

Sözügedən hərəkətlərə görə cəzalar BƏƏ-nin” Kibercinayətlər haqda” 2012-ci il tarixli 5 saylı Qanununun 21-ci maddəsinə əsaslanır və şəxsi həyata müdaxilə kimi tövsif olunur. Bu cinayətə görə 150 min dirhəmdən 500 min dirhəmədək (137 min ABŞ dolları) cərimə, yaxud 6 aya qədər həbs cəzası gözlənilir.

Güclü küləklə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ! - Oxumaq üçün tıkla