Ölkə

Atdan yıxılan 18 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya düşdü

Metbuat.az

Tovuz rayonunda gənc oğlan atdan yıxılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Həsənli kəndində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Sadıqov Sahəddin Natiq oğlu kənd ərazisində at çaparkən yıxılıb.

S.Sadıqov ağır kəllə-beyin travması ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Yaralının vəziyyəti ağır sabit qiymətləndirilir.

Milli.Az