Digər
Apple məhsulları bahalaşacaq - Trampdan tvit
ABŞ Prezidenti Donald Tramp Apple şirkəti məhsullarının qiymətinin qalxacağını bildirib.
Tramp bunu Çindən gətirilən mallara yeni tarif tətbiq edilməsi ilə əsaslandırıb.
O, Twitter-də yazıb:
"Apple məhsullarının qiyməti arta bilər. Öz məhsullarınızı ABŞ-da istehsal etməyə başlayın. Bu gündən yeni zavodlar tikin" (Teleqraf.com).