Ölkə

"Amerikada Van Damı, Azərbaycanda Kənan M.M-i bəyənirəm, Xatirə İslamla Manaf Ağayevin ifasını xoşlayıram" - "Azərbaycanlı Van Dam"la MÜSAHİBƏ

Metbuat.az

Milli.Az bildirir ki, son günlər sosial şəbəkələrdə "Azərbaycanlı Van Dam" kimi məşhurlaşan Ruslan İsmayılov "ölkə.az"ın suallarını cavablandırıb.

- Ruslan, öncə özünüz barədə məlumat verərdiniz...

- Zaqatalanın Çobankol kəndindənəm, 31 yaşım var. Van Dam kimi mərd oğlan olmaq istəyirəm. Onun kimi idmançı olmaq və sözün düzünü desəm, bir az çörək qazanmaq istəyirəm. Çörəyi də sənətlə qazanmaq istəyirəm.

- Uşaq vaxtı idmanla məşğul olmusunuzmu?

- Bir az trenajorla məşğul olmuşam. İstəyirəm ki, efirə çıxana qədər bir az da idman edim. Qabağa getmək istəyirəm.

- Videoları çəkmək ideyası necə yarandı?

- Özüm tanınmaq istədim. Əfəndi Şabanov adlı bir oğlan var, videolarımı o çəkir, mənə dəstək olur.

- Videolardan sonra sizə təkliflər gəlirmi?

- Bəli, çox zənglər gəlir, evdə otura bilmirəm. Deyirlər ki, "bomba" kimi videolar çəkirsən, biz də səni qabağa çəkəcəyik. 

- Tanınmış sənətçilərdən kimlərin klipinə çəkilmək istərdiniz?

- Bakıdan zənglər gəlir, çağırırlar. 

- Videoların birində Səbinə adlı xanıma ismarış göndərirsiniz...

- O qız Səbinə Katanovadır, mənə dəstək olub. Vayner Ruzi Ələkbərovun da mənə dəstəyi var. Kim dəstək olursa, Allah hamısının canını sağ eləsin.

- Hansı aktyorumuzla eyni filmdə çəkilmək istərdin?

- Kənan M.M-lə çəkilmək istərdim.

- Şəxsən tanışsız?

- Tanış deyilik, amma istərdim tanış olaq. Onun həm filmlərini, həm də hərəkətlərini bəyənirəm. Amerikada Van Dama, Azərbaycanda Kənan M.M-ə azarkeşlik edirəm. Azərbaycan xalqını da çox sevirəm.

- Bəs dinlədiyin sənətçilər kimlərdir?

- Xatirə İslamla Manaf Ağayevin ifasını xoşlayıram.

- Hazırda iş yeriniz varmı?

- Düzünü deyim ki, iş yerim yoxdur. İş olanda fəhlə işləyirəm, yaxud gedib metal yığırıq. Kasıb adamam, açıq danışmaq lazımdır.

- Eşitdiyimə görə videolara görə sizi hədələyiblər.

- Elə şey olmayıb. Zəng edib təşəkkür ediblər. Mən də demişəm ki, çörək qazanmaq istəyirəm.

Milli.Az