Allahşükür Paşazadə: "Milli dəyərlərimizin əsasını Heydər Əliyev qoyub"
“Bizim son illərdə Dini Qurumlarla üzrə Dövlət Komitəsi ilə heç bir münaqişə nöqtəmiz yoxdur”.
Publika.az xəbər verir ki, bunu qanvermə aksiyasında jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə dilə gətirib.
Onun sözlərinə görə, dindarların ehtiyacını yerinə yetirmək üçün hər iki qurum əlindən gələni edir: “Azərbaycanda İlahiyyat İnstitutu yaradılıb və orada qeyri-müsəlman olanlar da təhsil alacaqlar”.
QMİ sədri qeyd edib ki, Allah-təala bizi sevir və bizə yaxşı rəhbərlər göndərib: “Əgər Allah razı olmasaydı, ulu öndər gəlməzdi. Hesab edirəm ki, Allah-təala bizi sevir və bizə ulu öndər Heydər Əliyev kimi şəxsiyyət göndərib. Onun davamçısı İlham Əliyevdir. Milli dəyərlərimizin əsasını qoyan Heydər Əliyev oldu. O, Aşura günü Təzə Pir məscidinə gəldi və İmam Hüseyn şəhadətinə görə başsağlığı verdi. Bütün müsəlmanlar İmam Hüseyni yad etməlidir. İmam Hüseyn şiə və sünni deyil. O, peyğəmbər övladı və nəvəsidir. Biz müsəlmanları birləşdirən quranımız və peyğəmbərimiz var. Biz Aşura məclislərində, məhərrəmlik ayında Azərbaycanın bizə verdiyi hüquqlardan istifadə etməliyik”.
Gülxar