Dünya
Aktyor həyat yoldaşı ilə birgə qəzaya düşdü - FOTO
Türkiyəli aktyor Direnç Dedeoğlu və həyat yoldaşı motosiklet qəzası keçirib.
Milli.Az axşam.az-a istinadən məlumat verir ki, ikili yaralı halda xəstəxanaya aparılıb. Hadisə dünən səhər saatlarında baş verib.
Qeyd edək ki, Direnç aktyor Cem Yılmazın rejissoru olduğu "Pek yakında" filmində rol alıb.
Milli.Az