Ölkə

Ağcabədidə ailə faciəsi - Ata öldü, 2 oğlu xəsarət aldı

Metbuat.az

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Yevlax-Bəhramtəpə avtomobil yolunun Qiyamadinli kəndi ərazisində qeydə alınıb.

"Belarus" markalı traktorla "VAZ-2107" markalı avtomobil toqquşması nəticəsində minik avtomobilində olan Mehdi Bayramov ölüb, onun övladları - Səxavət və Hüseyn Bayramov ağır xəsarət alıb. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az