Dünya
"Adamın ölməyi gəlir" deyən məşhur türk aktyoru öldü - FOTO
Türkiyənin məşhur aktyoru Yakup Yavru vəfat edib.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, aktyor 25-ci Adana Film Festivalının açılış mərasimində infarkt keçirərək dünyasını dəyişib.
66 yaşında ölən aktyor Amasya şəhərində doğulub. O, bir çox türk filmlərində rol ifa edib.
Qeyd edək ki, o, ölümündən aylar əvvəl özü üçün məzar qazdıraraq "yerimi çox bəyəndim. Adamın ölməyi gəlir" açıqlaması ilə gündəmə gəlmişdi.
Bəxtiyar Umarlı
Milli.Az