ABŞ və Cənubi Koreya prezidentləri görüşdü
ABŞ prezidenti Donald Tramp və Cənubi Koreya prezidenti Mun Ce-in BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda görüşüblər.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, liderlər Şimali Koreyanın nüvə silahsızlaşdırılmasına görə həvəsləndirilməsinə dair yolların müəyyənləşdirilməsi ilə bağlı razılıq əldə ediblər. Ancaq Şimali Koreyaya qarşı sanksiyaların hələ qüvvədə qalmasının daha uyğun olduğu qeyd edilib.
Mun Ce-in görüş zamanı ötən həftə Şimali Koreyaya 3 günlük tarixi səfəri və ölkənin lideri Kim Çen Inla görüşünün nəticələri barədə Trampa məlumat verib.
Görüş zamanı Trampla Şimali Koreya lideri Kim Çen In arasında növbəti görüşün yeri, vaxtı və müzakirə olunacaq məsələlərə dair də fikir mübadiləsi aparıblar.
Günay Elşadqızı / METBUAT.AZ