Digər

ABŞ Rusiya ilə əməkdaşlıqdan imtina etdi

Metbuat.az

Vaşinqton İdlibdə terrorçulara qarşı mübarizə üçün öz planını təklif etməyə hazırdır, amma bu məsələdə Rusiya ilə əməkdaşlıq müzakirə mövzusu deyil.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Baş Qərargah rəisi, ordu generalı Cozef Danford bildirib.

"ABŞ hərbi rəsmiləri İdlibdə terrorla mübarizə əməliyyatlarını böyük bir hərəkatdan daha təsirli bir şəkildə davam etdirməyin yolu olduğuna inanır. ABŞ-ın hərbi vasitələri terrorçuların əlaqələrinin müəyyənləşdirilməsi və onların minimum itkilərlə məhv edilməsini nəzərdə tutur", - Danford qeyd edib.