Dünya

ABŞ fosforlu bombalarla Suriyaya zərbələr endirib

Metbuat.az

ABŞ Hərbi Hava Qüvvələrinin iki qırıcısı Suriyanın Deyr-əz-Zor əyalətinə fosforlu döyüş sursatları ilə zərbə endirib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri general-leytenant Vladimir Savçenko məlumat verib.

Savçenko bildirib ki, Amerika aviasiyasının F-15 təyyarələri sentyabrın 8-i fosforlu yandırıcılı döyüş sursatlarından istifadə etməklə Deyr-əz-Zor əyalətinin Hacin yaşayış məntəqəsinə zərbə endirib.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla