ABŞ fosforlu bombalarla Suriyaya havadan zərbə endirib
ABŞ Hərbi Hava Qüvvələrinin iki qırıcısı sentyabrın 8-də Suriyanın Deyr-əz-Zor əyalətinə fosforlu döyüş sursatları ilə zərbə endirib.
Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Rusiyanın Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri general-leytenant Vladimir Savçenko məlumat verib.
"Amerika aviasiyasının F-15 təyyarələri sentyabrın 8-i fosforlu yandırıcılı döyüş sursatlarından istifadə etməklə Deyr-əz-Zor əyalətinin Hacin yaşayış məntəqəsinə zərbə endirib", - deyə o bildirib.
Savçenko qeyd edib ki, zərbələr nəticəsində güclü yanğınlar baş verib, ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir.
O həmçinin xatırladıb ki, bu kimi sursatların tətbiqi 1949-cu il tarixli Cenevrə konvensiyasına əlavə protokol ilə qadağan edilir.
Milli.Az