ABŞ-dan Paşinyana Qarabağ çağırışı: təcili şəkildə...
ABŞ Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu
ilə həlli üçün danışıqlara qayıtmağa dəvət edib.
Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp
Ermənistanın müstəqillik günü münasibətilə Nikol Paşinyana
göndərdiyi təbrik məktubda “Qarşıdan gələn aylarda Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün imkanlar açılır” deyə bildirib.
“ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ münaqişənin
uzunmüddətli sülh yolu ilə həlli üçün sizinlə işləməyə hazırdır”, -
deyə Tramp qeyd edib.
ABŞ dövlət katibi Mayk Pompeo da Paşinyana göndərdiyi məktubda
tərəfləri mümkün qədər intensiv danışıqları yeniləməyə çağırıb.
“ABŞ əvvəlki kimi Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə
sadiqdir və tərəfləri intensiv danışıqları mümkün qədər tez
yeniləməyə israrla çağırır”, - deyə Pompeo diqqətə çatdırıb.
Asif