ABŞ-dan İrana TƏHDİD: "Terrora dəstəyi dayandırmasa..."
"İranın Yaxın Şərqdəki fəaliyyəti səbəbilə nüvə müqaviləsindən çəkildik. İran son zamanlar qeyri-müəyyən addımlar atır. Bu səbəbdən İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyik".
Publika.az xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi dünayəndəsi Nikki Haley "Fox News" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Amerika İrana maliyyə ayıraraq belə münasibət sərgilədiyinə icazə verib:
"İran bu addımları ilə Suriyanı məhv etdi. İsraili təhdid etdikləri açıq-aydın ortadadır. İran Yaxın Şərqdə özünün müharibələrini başlatmaq istəyir. ABŞ bütün bunlara görə nüvə müqaviləsindən geri çəkildi. Biz İrana maddi dəstək verərək onun bütün pis davranışların davam etdirməsinə icazə verirdik. Amma bundan sonra belə davam etməyəcək. Yeni sanksiyalar tətbiq edəcəyik. Sanksiyalar birbaşa İran neftini hədəf alacaq. İran hələ indi əsl sanksiyaların nə demək olduğunu hiss edəcək. Hazırda İranda vəziyyət olduqca ağırdır. Onlar zəif vəziyyətdədirlər. Nə qədər ki, balistik raket problemini həll edib, terrora dəstək verməyi dayandırmayacaqlar, biz onları sıxışdıracağıq".
Könül