Digər

ABŞ-da qasırğa qurbanlarının sayı 11 nəfərə çatıb

Metbuat.az

ABŞ-ın Şimali Karolina ştatının Kamberlend dairəsində "Florens" qasırğası qurbanlarının sayı daha üç nəfərin ölümündən sonra 11-ə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Fox" teleşirkətinin yerli şöbəsi məlumat yayıb.

Hazırda üç nəfərin nədən öldüyü məlum deyil.

"Florens" qasırğası cümə günü ABŞ-ın Atlantik okeanı sahillərinə çatıb və artıq zəifləməyə başlayıb. Hazırda onun səviyyəsi qasırğadan aşağıdır.

Şimali və Cənubi Karolina ştatlarında 27 min sakin təbii fəlakət səbəbindən müvəqqəti sığınacaqlardadır. Yüzminlərlə istehlakçı işıqsız qalıb.