Dünya

ABŞ-da bank yaxınlığında atışma: 3 ölü, 5 yaralı

Metbuat.az

ABŞ-da, Ogayo ştatının Tsintsinnati şəhərində bank yaxınlığında atışma baş verib.

Trend-in yerli polisə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, hücum edən şəxs öldürülüb. "Beş nəfər yaralanıb, üç nəfər yaralanıb. Şübhəli şəxs öldürülüb", - deyə polisin "Tvitter"dəki yerləşdirdiyi məlumatda bildirilir.

Qeyd olunur ki, hadisə Uolnat küçəsində baş verib. Hadisə barədə ilk məlumat yerli vaxtla 09:10-da daxil olub. Polis araşdırma aparır.

Milli.Az