Dünya

ABŞ-da ATIŞMA: çoxsaylı yaralılar var

Metbuat.az

ABŞ-ın Merilend ştatında atışma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Xarford dairəsinin şerifi Ceffri Qaler hadisə ilə bağlı təfərrüatlar verməsə də, çoxsaylı xəsarət alanlar olduğunu bildirib.

"Twitter" səhifəsində yerləşdirilən məlumatda yazılır: "Spesutia və Perrimen yolları rayonunda atışma olub. Çoxsaylı xəsarət alanlar var. Vəziyyət tez-tez dəyişir. Xahiş olunur, həmin rayondan uzaq durasınız".

Milli.Az