Dünya
ABŞ-a məxsus "F-35" qırıcıları ilk dəfə
ABŞ-a məxsus yeni nəsil F-35 qırıcıları ilk dəfə hərbi əməliyyatlarda iştirak edib.
Metbuat.az-ın CNN televiziyasına istinadən məlumatına görə, qırıcılar Əfqanıstanda “Taliban” terroçularının mövqelərini bombalayıb. Tələfata dair məlumat verilməsə də, əməliyyatın uğurlu keçdiyi bildirilib. Bildirilir ki, bir neçə saaat havada qalan hərbi təyyarələr nəzərdə tutulan məntəqləri bombaladıqdan sonra bazaya geri qayıdıb.
Qeyd edək ki, antiradar sisteminə malik “F-35”radarlarda görünmür. F35-lər F-22-lərlə müqayisədə qurudakı hədəfləri 8, havadakı hədəfləri isə 4 qat daha effektli vurur.
Sübhan / METBUAT.az