Dünya
Abe yenidən sədr seçildi
Yaponiyanın Baş naziri Şinzo Abe yenidən Liberal Demokratik Partiyasının sədri seçildi.
Kyodo agentliyinin yaydığı xəbərə görə, partiyanın sədrliyi üçün keçirilən səsvermədə Abe 807 səsin 70%-ni (553 səs) qazanaraq, rəqibi Şigeru Işibanı geridə qoyub.
Milli.Az TRT-yə istinadən bildirir ki, Abe partiya sədri seçildikdən sonra çıxış edərək: "İndi konstitusiya dəyişikliyi məsələsini müzakirə etmənin zamanıdır. Mübarizə indi başlayır. Gəlin yeni bir Yaponiya üçün birlikdə işləyək" ifadələrini işlətdi.
Yaponiyada 2012-ci ildən bu yana LDP-nin lideri olan və Baş nazir vəzifəsini icra edən 63 yaşlı Abe 2021-ci ilədək vəzifəsində qaldığı təqdirdə ən uzun müddət Baş nazir olan Taro Katsuranın 2886 günlük rekordunu geridə qoyacaq.
Milli.Az