Dünya

“AB ilə vergi təhdidindən sonra keçirilən görüşdə razılığa gəldik”

Metbuat.az

ABŞ prezidenti Donald Tramp və Polşa prezidenti Andrzej Duda Ağ Evdə görüşdükdən sonra birgə mətbuat konfransı keçiriblər.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ticarət siyasətilə bağlı suala cavabında Tramp bildirib ki, Çinə qarşı tədbirlərə qısa müddət əvvəl başlanılıb. Avropa Birliyinin də Çin kimi ABŞ-dan sui-istifadə etdiyini iddia edən Tramp bildirib ki, bu bir müddətdir və bir az zaman alır: “Avropa Birliyi bizimlə danışmırdı. Barak Obama ilə danışmırdılar”.

Avropa Birliyi Komissiyasının rəhbəri Jan-Klod Yunkeri ABŞ-ın ticarət məsələləsilə bağlı müzakirələrə dəvəti rədd etdiyini bildirən Tramp deyib:

“Yunker yenidən müzakirələri istəmədi. 3 dəfə təklif etdikdən sonra belə istəmədi. Mən də dedim ki, yaxşı, artıq müzakirə etmək məcburiyyətində deyilik. Sizin ABŞ-a göndərdiyiniz milyonlarla maşına vergi tətbiq edəcəyik. Açığı bundan sonra Avropa Birliyi Komissiyasının rəhbəri Jan-Klod Yunker Avropadan ofisimə o qədər sürətli şəkildə gəldi ki, o qədər sürətli olacaqlarını bilmirdim. Tramp, Avropadan gətirilən avtomobillərə qarşı vergi təhdidindən sonra keçirilən görüşdə razılığa gəldiklərini bildirib.

Günay Elşadqızı / METBUAT.AZ