Dünya

65 ildir davam edən müharibənin tərəfləri

Metbuat.az

Koreya Respublikasının prezidenti Mun Ce-in Şimali Koreya prezidenti ilə keçirəcəyi zirvə görüşü üçün Koreya Xalq Demokratik Respublikasına (KXDR) 3 günlük səfər edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In Mun Ce-ini Sunan Beynəlxalq Hava Limanında qarşılayıb. Hava Limanında qucaqlaşan liderlər avtomobillərindən paytaxt küçələrində olan qələbəliyi salamlayıb, daha sonra dövlət qonaq evi olan Paekvavona gediblər.

Mun Ce-ini Şimali Koreya səfərində həyat yoldaşı Kim Cun-Sokla birgə dövlət rəsmilərindən, iş adamlarından və jurnalistlərdən ibarət geniş nümayəndə heyəti müşayiət edir. Cənubi və Şimali Koreya liderlərinin ilk rəsmi görüşlərini nahardan sonra edəcəkləri gözlənilir. Səfər çərçivəsində liderlər Koreya yarımadasının nüvə silahsızlaşdırılması məsələsini müzakirə edəcəklər.

Qeyd edək ki, bu, 2018-ci ildə Cənubi Koreya prezidenti Mun Ce-in və Şimali Koreya lideri Kim Çen In arasında baş tutan üçüncü görüş olacaq. Bundan başqa, Mun Ce-in Şimali Koreyaya səfər edən 3-cü Cənubi Koreya dövlət başçısıdır.

Günay Elşadqızı / METBUAT.AZ