Ölkə
64 ədəd ev quşu oğurlandı – Gəncədə
Gəncə şəhərində oğurluq hadisəsi baş verib.
Publika.az xəbər verir ki, şəhər ərazisindəki evlərin birinin həyətindən 64 ev quşu oğurlanıb.
Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Ceyhun Mərdanov saxlanılıb.