Ölkə
62 kq-a qədər atletlər arasında Rüstəm Qasımov qızıl medal qazandı
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclərin ağır atletika üzrə Azərbaycan birinciliyində çəkisi 62 kq-a qədər olan atletlər arasında qalib və mükafatçılar müəyyənləşib. Toplam 258 kq (115+143) nəticə ilə Rüstəm Qasımov qızıl medal qazanıb. İkinci yerə 230 kq (105+125) nəticə ilə Elməddin Hüseynov, üçüncü yerə isə 210 kq (96+114) nəticə ilə Murad Əliyev sahib çıxıb.