Ölkə

5 otaqlı ev yanıb

Metbuat.az

Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Xocavənd kəndində ümumi sahəsi 240 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 120 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az