Ölkə

43 yaşlı kişi şabalıd ağacından yıxılaraq iflic olub

Metbuat.az

Zaqatala rayonunda bədbəxt hadisə baş verib. 

Milli.Az report-a istinadən xəbər verir ki, rayonun Car kənd sakini, 1975-ci il təvəllüdlü Rasim Əhməd oğlu Kamalov şabalıd ağacından yıxılıb.

O, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R.Kamalova 11-ci bel fəqərəsinin qəlpəli yerdəyişən sınığı və aşağı ətrafların iflici diaqnozu qoyulub. Ona ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsinin davam etdirilməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. 

Milli.Az