Ölkə

40 dəqiqə qumun altında qalan uşaq xilas edildi - VİDEO

Metbuat.az

Türkiyənin Şanlıurfa vilayətinin Ceylanpınar mahalında 7 yaşlı uşaq qum yığınının altında qalıb.

Publika.az xəbər verir ki, ətrafdakı insanlar azyaşlını xilas etmək üçün qumu əlləri ilə qazmağa başlayıb. Nəhayət, sakinlər uşağı sağ-salamat çıxarmağı bacarıblar.

Məlumata görə, azyaşlı 40 dəqiqə boyunca qumun altında qalıb.

Həkimin müdaxiləsindən sonra uşağın səhhəti normallaşıb. (axar.az)