Ölkə
30 yaşlı kişi bıçaqlanıb
Qubanın Aşağı Atuc kəndində bıçaqlanma hadisəsi olub.
Milli.Az "report"-a istinadən bildirir ki, 1988-ci il təvəllüdlü yerli sakin Zeynalov Təvəkkül Mirabbas oğlu döş qəfəsindən bıçaqlanaraq xəsarət alıb.
Quba Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilən T.Zeynalovun vəziyyəti orta-ağırdır.
Onun hansı səbəbdən və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.
Milli.Az