Digər
Zaxarova: “ABŞ-a inanandan sonra toqquşmalar artdı”
“Çox ölkə ABŞ-ın dünyaya sabitlik gətirəcəyini
düşünürdü, lakin bunun tam əksinə oldu”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər
Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova bildirib ki, dünyanın əksər ölkəsi ABŞ-ı supergüc olaraq
görürdü.
“Hesab edirdilər ki, ABŞ superman olacaq və dünyaya sülhə sabitlik
gətirəcək. Amma ABŞ-a inam artandan sonra dünyada toqquşmalar daha
da artdı, beynəlxalq böhranlar yaşandı”, - deyə o bildirib.
Asif