Ölkə
Yol qəzası nəticəsində iki nəfər xəsarət alıb
Ağstafa şəhərində iki avtomobil toqquşub.
Milli.Az report.az-a istinadən bildirir ki, nəticədə 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini Quliyev Rəşad Vaqif oğlu və 1962-ci il təvəllüdlü Ağsatafa rayon sakini Hüseynova Sevda Bəhruz qızı müxtəlif bədən xəsarətləri alıb.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az