Ölkə

Yevlaxda avtomobil piyadanı vuraraq öldürdü

Metbuat.az

Yevlax şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hərəkətdə olan KİA markalı avtomobil yolu keçmək istəyən piyada, Ağdam rayonundan məcburi köçkün olan, 1973-cü il təvəllüdlü Elzamin Mübariz oğlu Əliyevi vurub. 

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az