Dünya
Yeni Zelandiyada hamilə nazir doğum evinə velosipedlə gəlib
Yeni Zelandiyada hamiləliyin 42-ci həftəsində olan 38 yaşlı qadın işləri üzrə nazir Culi Center doğum evinə velosipedlə gəlib.
Milli.Az bildirir ki, Report-un BBC-yə istinadən verdiyi xəbərə görə, o, bu nəqliyyat vasitəsini "maşında kifayət qədər yer olmaması" səbəbindən seçib.
Nazir velosipedlə fotosunu öz "İnstagram" səhifəsində paylaşıb.
Center 3 aylıq analıq məzuniyyətindən sonra yenidən işinə qayıdacaq.
Milli.Az