Ölkə
Yasamalda yanğın - 1 nəfər xəsarət alıb
Bakının Yasamal rayonunda ikimərtəbəli ev yanıb.
Milli.Az bildirir ki, Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Milli.Az