Digər
Yaponiyada aviaqəzanın son qurbanı da tapıldı
Yaponiyada xilasedici helikopterin qəzaya uğraması nəticəsində ekipajın 9 üzvünün hamısı həlak olub.
Publika.az xəbər verir ki, bu haqda “Kiodo” agentliyi yerli hakimiyyətə istinadən bildirib.
Hadisə avqustun 10-da Qumma prefekturasında baş vermişdi. Hadisənin baş verdiyi gün Yaponiyanın özünümüdafiə gücləri helikopterin qalıqlarını və ekipajın doqquz üzvündən səkkizinin cəsədini aşkar etməyi bacarıblar. Aviaqəzanın son qurbanının bədəni bu gün tapılıb.
Təxmin edilir ki, qəzaya səbəb hava şəraitinin kəskin pisləşməsi olub.