“Uşaqları yara basıb” – Bu insanlar zibbillərin içərisində yaşayır – VİDEO – FOTO
Şamaxının Məhəmməd Əmin Rəsulzadə küçəsində zibillik problemi yaranıb.
Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, küçənin sakinləri məişət tullantılarının əraziyə töküldüyündən şikayətlənirlər. Tullantılar yolda antisanitar vəziyyət yaradıb.
Məsələ ilə bağlı sakinlər bunalrı deyir: "Bunu bura gətirib töküblər. Evimizdə otura bilmirik, milçək basıb hər yeri. Gecələr də itlərin səsindən dayana bilmirik. Bunu bilmirəm Bakıya aparırlar, hara aparırlar. Zibillikdən daşıyıb küçənin ortasına tökürlər", deyə Əlmövsüm Ələkbərov bildirib.
"Gətirib gecə hamı yatandan sonra tökürlər zibbilləri bura. Yayın günüdü, antisanitariyadı. Bizim körpələrimiz var. Otura bilmirik, yata bilmirik, usaqları yara basıb", - digər sakin Məlahət Atakişiyeva danışıb.
Zaur Abbasov adlı sakin də öz növbəsində "Bu məhlənin camaatı, istər yuxarı, istər aşağı tərəf. Mümkün deyil yaşamaq", deyə qeyd edib.
Məsələ ilə bağlı Şamaxı Kommunal təsərrüfat İstehsalat birliyinin açıqlaması isə belə oldu.
Şamaxı KTİB-nin əmkdaşı Güləmi Hacıyev: "Şamaxı KTİB karton və plastik məmulatların yığılması ilə bağlı müəyyən təşkilatlarla müqavilə bağlayıb, çeşidlənməkdən ötrü daşınıb inzibati binanın qarşısına qədər gətirib. Texnikanın sıradan çıxdığına görə məcburiyyətdən əraziyə boşaldılıb. İstirahət vaxtına düşdüyündən vəziyyət bir müddət elə qalıb".
Ərazidə çəkiliş aparıldıqdan dərhal sonra qurum tərəfindən tullantılar ərazidən yığışdırılıb və bir də eyni halın yaşanmayacağı bildirilib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: