Dünya
Toy günü bəy maşınının arxasına görün nə yazdırdı - FOTO - Oxumaq üçün tıkla
Ukraynada azərbaycanlı “qanuni oğru” saxlanıldı
“Dato Ağcabədili” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Cavid Məmmədov Ukraynada saxlanılıb.
Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin rəis müavini Vyaçelsav Abroskin məlumat yayıb.
O, "Facebook" səhifəsində qeyd edib ki, ötən gün axşam saatlarında Kiyev polisinin əməkdaşları 1985-ci il təvəllüdlü Məmmədov Cavid İltizam oğlunu saxlayıblar.
"Bu “turist” əvvəllər də Kiyev, mayda isə Lvov polisi tərəfindən saxlanılmış və barəsində gəlişinə üç ay qadağa qoyulmaqla, Ukrayna ərazisindən deportasiya haqqında qərar çıxarılmışdı”, - deyə Abroskin yazıb.
Toy günü bəy maşınının arxasına görün nə yazdırdı - FOTO - Oxumaq üçün tıkla