Dünya

Türklər öz “iPhone” telefonlarını sındırır və yandırırlar - VİDEO

Metbuat.az

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın boykot barədə həmvətənlərinə etdiyi çağırışdan sonra türklər hərəkətə keçiblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əhali ABŞ-da istehsal olunmuş mallardan imtina edir.

İş o yerə çatıb ki, "iPhone" istifadəçiləri nümayişkaranə şəkildə öz smartfonlarını sındırırlar.

Sosial şəbəkələrdə yerləşdirilən video ABŞ-a etiraz dalğasının necə sürətlə geniş vüsət aldığını göstərir.

Qeyd edək ki, Ərdoğan əhaliyə müraciət edərək, hər kəsi yerli məhsulları almağa çağırıb:

"ABŞ "iPhone" istehsal edir, bizim isə heç də geri qalmayan "Vestel Venus" varımızdır".

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az