Türkiyəyə İKİNCİ HÜCUM hazırlığı başladı - Ard-arda açıqlamalar
Beynəlxalq kredit reytinqi agentlikləri “Standard&Poor's”, “Moody's” və “Fitch” bir gün ara ilə verdikləri açıqlamada Türkiyənin bank sektorunu vurmağa çalışdıqlarını işarə edir.
Publika.az xəbər verir ki, bu iddia Türkiyə mediasında yer alıb.
Xəbərə görə, 24 iyun prezident seçkilərinin ardınca milli valyuta üzərindən Türkiyəyə gizli hücum başlayıb. İndi isə bank sektoru üzərindən ikinci hücuma hazırlıqlar aparılır.
Amerikanın iqtisadi tətikçiləri - reytinq ölçənlər hər gün Türkiyədə bank sistemi ilə bağlı hesabat hazırlayır. Məqsəd isə 2008-ci ildə ən böyük bankları müflis olan, buna rəğmən dimdik dura bilən Türkiyənin etibarını zədələmək, xaricdən kredit alınan zaman onun zəmanətində şübhə yaratmaq, bazarda satış dalğası yaradıb ortaya sual işarəsi qoymaqdır.
Qeyd edək ki, ABŞ Türkiyəyə maliyyə sanksiyaları tətbiq etdikdən sonra Türkiyə lirəsi dollar qarşısında rekord səviyyədə bahalaşmış, lakin aparılan diplomatik danışıqlardan sonra nisbətən ucuzlaşmışdı.
Zümrüd