Türkiyənin ABŞ-a 2,8 trilyon dollarlıq CAVABI
Türkiyə ABŞ-ın iqtisadi hücumlarına cavab olaraq yeni
bazarlara açılır.
Publika.az xəbər verir ki, Türkiyə Çin, Meksika, Rusiya və
Hindistana yeni ixracat planı hazırlayır.
Bu ölkələrin idxalat bazarı ümumilikdə 2,8 trilyon dollardan
çoxdur. Hazırda Türkiyənin bu ölkələrə ixrac etdiyi məhsulların
miqdarı 7 milyard dollar səviyyəsindədir. Bu miqdarı artırmağı
planlaşdıran Türkiyə xüsusi strateji planlar hazırlayır.
Belə ki, Türkiyənin Çinə qida məhsulları, Hindistana dərman
maddələri, Meksikaya texnoloji məhsullar ixrac etmək potensialı
var, bununla yanaşı, Rusiyada inşaat xidməti sektorunda daha çox
paya sahib olmaq planlaşdırılır.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da ABŞ-ın iqtisadi hücumuna
cavab olaraq, “Bütün dünyaya və Türkiyəyə iqtisadi müharibə elan
edənə cavabımızı yeni ittifaqlarla, yeni bazarlarla verəcəyik”
bildirmişdi.
Asif