Digər
Türkiyə və İranın xarici işlər nazirləri görüşdü
Ankarada səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Çavuşoğlu bu haqda tvitter hesabında yazıb.
“Biz İranın xarici işlər naziri Cavad Zəriflə Suriyadakı proseslər də daxil olmaqla, regional mövzuları və ikitərəfli münasibətləri qiymətləndirdik”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı qeyd edib.
Zərif daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilmişdi.