Dünya

Türkiyə sahillərində qaçqınları daşıyan qayıq batdı: 9 nəfər öldü

Metbuat.az

Türkiyənin Aydın əyalətinin Quşadası bölgəsinin sahillərində göyərtəsində qanunsuz mühacirlərin olduğu qayığın batması nəticəsində 9 nəfər ölüb.

Milli.Az Report-a istinadən xəbər verir ki, məlumatı Türkiyənin Sahil Mühafizə Xidməti yayıb.

Qayıqda 13 nəfər olub. Onlardan 4-nü xilas etmək mümkün olub. 

Mühacirlər Yunanıstana keçmək istəyirmişlər.

Milli.Az