Digər
Türkiyə ordusundan PKK-ya AĞIR ZƏRBƏ: 52 terrorçu MƏHV EDİLDİ
Türkiyə ordusu İraqın şimalında Sincar dağı bölgəsində
avqustun 15-də həyata keçirdiyi əməliyyatla PKK-nın 52 terrorçusunu
məhv edib.
Publika.az xəbər verir ki, əməliyyat nəticəsində PKK-nın
“idarə heyətinin üzvü” və Sincar bölgəsinə nəzarət edən Mam Zeki
Şenqali və 7 “lider” də öldürülüb.
Əməliyyatda terrorçulara məxsus silah-sursat ələ keçirilib. Türkiyə
ordusunun 8 əsgəri yaralanıb.
Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatının
başlanmasından indiyə qədər PKK-nın 4 min 573 terrorçusunun məhv
edildiyini açıqlayıb.
Asif