Digər

Türkiyə ordusu "Tolhildan"ı məhv etdi - FOTO

Metbuat.az

Türkiyənin Ağrı dağında terrorla mübarizə əməliyyatları çərçivəsində PKK terror təşkilatının iki üzvü məhv edilib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Yeni Akit" qəzeti yayıb.

Məlumata görə, bu gün keçirilən hava əməliyyatında ərzaq daşıyan terroçular Güngörən kəndi yaxınlığında zərərsizləşdirilib. Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumata görə, terrorçulardan biri uzun müddətdir axtarışda olan və "Boz siyahı"da yer alan "Tolhildan" kod adlı terrorçu Fəcri Dəmirdir.