“Trampın “Cənub Qaz Dəhlizi”nə dəstəyi Bakının uğurlu siyasətinin nəticəsidir”
“ABŞ prezidenti Donald Trampın İrana qarşı sanksiyaların
Cənub Qaz Dəhlizi layihəsinə şamil edilməməsi ilə bağlı göstərişi
Azərbaycanın uğurlu siyasətinin nəticəsidir”.
Bu barədə Publika.az-a açıqlamasında politoloq
Elnur Soltan deyib.
Onun sözlərinə görə, İran “Cənub Qaz Dəhlizi”nin boru kəmərlərində
- TANAP, TAP – yer almır, lakin “Şahdəniz” yatağında İranın NİOC
şirkətinin kiçik bir payı var:
“İndiyə qədər tətbiq edilən ABŞ sanksiyalarında da bu istisna
nəzərə alınmışdı. Trampın bu dəfə də eyni qərarı verməsi və “Cənub
Qaz Dəhlizi”ni sanksiyalardan uzaq tutması Azərbaycan siyasətinin
uğurudur”.
E.Soltan Azərbaycanın ABŞ-da lobbi siyasətinin xüsusi çəkiyə malik
olduğunu qeyd edib.
“Bu gün ABŞ-Azərbaycan münasibətləri yüksək səviyyədədir.
Azərbaycanın regiondakı əhəmiyyəti də xüsusi qeyd olunmalıdır.
Bununla yanaşı, rəsmi Bakının uğurlu siyasəti Donald Trampın belə
istisnalar etməsini təmin edir. Hesab edirəm ki, Trampın mövqeyi
İtaliyada yerli hökumətlər tərəfindən TAP kəmərinə yaradılan
problemləri də aradan qaldıracaq. Tramp İtaliyanın baş naziri ilə
Vaşinqtondakı görüşündə bu məsələni xüsusi qeyd etdi və “Cənub Qaz
Dəhlizi”nə dəstəyini bir daha vurğuladı,”, - deyə politoloq
bildirib.
Asif