Digər
Trampdan İranla bağlı daha bir TƏHDİD: “Kim ticarət aparsa...”
"İranla ticarət edənlər ABŞ-a heç bir əməkdaşlıq edə
bilməyəcək".
Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald
Tramp Tvitter hesabında yazıb.
Tramp bildirib ki, o, dünyada sülh istəyir:
“İrana sanksiyalar rəsmən elan edildi. İndiyə qədər ən sərt
sanksiyalar bunlardır və noyabr ayında daha üst səviyyəyə çıxacaq.
İranla ticarət aparan hər kəs ABŞ-la əməkdaşlıq edə bilməyəcək.
Dünyada sülh istəyirəm”.
Qeyd edək ki, İrana qarşı sanksiyaların ilk mərhələsi bu gün səhər
saat 07.01-dən etibarən başlayıb.
Asif