Digər

Tramp və Putinin rəqibi dünyasını dəyişdi

Metbuat.az

Amerikanın respublikaçı senatoru Con Makkeyn 81 yaşında dünyasını dəyişib.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə senatorun ofisinin bəyanatında deyilir.

Makkeyn 2017-ci ildən beyin xərçənginin aqressiv şəkli olan qlioblastoma ilə mübarizə aparırdı. Cümə günü yaxınları onun müalicədən imtina etdiyini açıqlamışdılar.

Con Makkeyn 29 avqust 1936-cı il doğulmuşdu. O, ABŞ Senatında Arizona ştatını təmsil edirdi və 2016-cı ildə qanunverici orqana altıncı müddətə seçilmişdi. 2008-ci ildə isə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmuşdu. Senator Donald Trampın xarici və daxili siyasətini kəskin tənqid edirdi. O həmçinin Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarı idi.