Digər
Tramp Türkiyəyə hücum etdi, Putinlə Ərdoğan... – Qarşıdurma güclənir
ABŞ prezidenti Donald Trampın Türkiyə ilə bağlı
qalmaqallı qərarından sonra Rusiya prezidenti Vladimir Putin
türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla telefonda danışıb.
Publika.az xəbər verir ki, Türkiyə və Rusiya lideri iki
ölkə arasında iqtisadi əlaqələri müzakirə edib.
Bununla yanaşı, Suriya və Astana prosesi ilə bağlı müzakirələr
aparıblar.
Qeyd edək ki, Tramp Türkiyədən ABŞ-a ixrac edilən poladın gömrük
rüsumunu 50, aliminiumun gömrük rüsumunu isə 20 faiz artırıb. ABŞ
prezidentinin bu qərarından sonra türk lirəsi dollar qarşısında
sürətlə dəyər itirməyə başlayıb. Ərdoğanla Putinin bu qərardan
sonra telefonda danışması xüsusi diqqət çəkir.
Asif