Digər

Tramp Putinə məktub göndərdi

Metbuat.az

Amerika lideri Donald Tramp Moskvada rəsmi səfərdə olan senator Rend Pol vasitəsilə Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlayıb.

Bu barədə senator ”Tvitter” səhifəsində yazıb.

“Məktubda müxtəlif sahələr üzrə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanır”, - Pol qeyd edib.

Onun sözlərinə görə, terrorizmlə mübarizə, qanunverici dialoqun fəallaşması və mədəni mübadilənin bərpası bu sahələr sırasındadır.

Polun məlumatını təsdiq edən Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məktubun diplomatik kanallarla çatdırıldığını, ən qısa müddətdə Putin tərəfindən oxunmasını gözlədiklərini bildirib (Teleqraf.com).